yaman günün yarağı

a friend in need друг в беде (о том, кто в тяжёлую минуту приходит на помощь кому-либо)
Yaman günün ömrü az olar.
yaman kökə düşmək (düşgünləşmək)
OBASTAN VİKİ
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
İrəm Yaman
İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb. Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır. 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
Aylin Yaman
Aylin Yaman (1967, Ankara) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Aylin Yaman 1967-ci ildə Ankara şəhərində anadan olub. 1991-ci ildə Ankara Universiteti Tibb bölməsindən məzun olub. 1996-cı ildə isə Ankara Universiteti Tibb bölməsində fiziologiya üzrə ixtisaslaşmanı bitirib. Uzun illər səhiyyə sahəsində çalışıb və vəzifələrdə təmsil olunub. Sağlamlıq Forumunda, Yaşlılar və Əlillər üçün Sosial Siyasət Seminarınıda və Uşaq Siyasətləri Seminarında töhfələri olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2020-ci ildə CHP Məclisinin üzvü seçilib. COVID-19 Məsləhət Şurasının üzvü, İnsan Hüquqları İşçi Qrupunun üzvü vəzifələrində təmsil olunub. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Can Yaman
Can Yaman (8 noyabr 1989, İstanbul) — Türkiyə aktyoru. Can Yaman 8 noyabr 1989-cu ildə İstanbulun Suadiyə şəhərində ailəsinin tək övladı olaraq dünyaya gəlib. Atasının adı Güven Yaman, anasının adı Güldam Candır. Can Yamanın 5 yaşı olanda valideynləri ayrılıb. Nənəsi makedon, babası isə Yuqoslaviya əsillidir. İbtidai və orta məktəbi Bilfen Kollecində bitirdikdən sonra orta təhsilini İtaliya liseyində başa vurub. Orta məktəbin son ilində o, tələbə mübadiləsi proqramı vasitəsilə ABŞ-ın Ohayo ştatında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Yeditəpə Universitetinin Hüquq fakültəsində təqaüdlə oxuyub və 2012-ci ildə oranı bitirib. Hələ universitetdə oxuyarkən mübadilə proqramı ilə Vaşinqtona getdi və hüquq kursları aldı. 2014-cü ildə məzun olduqdan sonra 1 illik məcburi təcrübə keçmək üçün dünyaca məşhur Awaterhouse Coopers adlı korporativ firmada 6 ay hüquqşünas kimi çalışıb.
Dle Yaman
"Dle Yaman" (erm. Դլե Յաման) — erməni ənənəvi melodiyası. Bu, iki insanın faciəvi sevgi macərasından bəhs edir. Melodiyanı Komitas Ermənistan yaylasında kəndlərə səyahəti zamanı aşkar etmişdir. O, fortepiano üçün sözləri və musiqini yenidən aranjeman etmişdir. "Dle Yaman" çox vaxt düdük ilə hazırlanmış solo bitlərlə şərh olunur. Zamanla mahnı xalq arasında hər il 24 apreldə anılan Erməni soyqırımının himnlərindən birinə çevrilmişdir.
Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.
Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
Günün cəngavəri (film, 2010)
Günün cəngavəri (ing. Knight and Day) — Ceyms Menqoldun rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan döyüş komediya filmi. Tom Kruz təsadüfən adi bir qızla — Kameron Diazla tanış olan qəhrəman gizli agentdir və o tanış olduğu həmin qızı tükənməz enerji mənbəyi yaratmağın açarı olan super güclü batareyanı öz cinayətkar məqsədləri üçün istifadə etməyə çalışan cinayətkarlardan mühafizə etmək vəzifəsinə cəlb edir. Filmdə deyilir ki, bu akkumulyator hətta kiçik bir şəhəri də mütəmadi olaraq enerji ilə təmin etməyə qadirdir: bu batareyanı ələ keçirmək üçün bundanda gözəl səbəb ola bilərmi? Gizli agent batareya ilə birlikdə onu yaradan gənc alimi — yenicə məktəbi bitirmiş və təkbaşına yaratdığı batareyasını onlardan müdafiə edə bilməyən cinayətkarlardan mühafizə etməlidir. Bu zaman agentlə qız arasında sevgi münasibətləri də yaranır, lakin onlar bu münasibətləri ön plana çəkmirlər, onların əsas vəzifəsi batareyanı cinayətkarlardan hifz etməkdir.
Günün qəhrəmanı (film, 2014)
Günün qəhrəmanı — rejissoru Siddharth Anand və ssenari müəllifləri Abbas Tywala, Sujoy Ghosh və Suresh Nair olan 2014-cü ildə çəkilmiş hindi dilli döyüş komediya filmidir. Fox Star Studios tərəfindən istehsal olunan və 2010-cu ildə ekranlara çıxarılmış Gecə və Gündüz Amerika filminin rəsmən remeyki olan filmin baş rollarında Hritrik Roşan və Katrina Kaif, köməkçi rollarda isə Caved Jaffrey və Denni Denzonqpa çəkilmişdirlər. Xüsusi bir səhnədə isə Cimmi Şeirgil iştirak etmişdir.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır. Henri Kavill — Vill Şau Siqurni Uiver — Ciin Karrak Brüs Villis — Martin Şau Veronica Eçegui — Lusiya Kaldera Karolina Quddal — Laurie Şau Rafi Qavron — Caş Şau Oskar Cineda — Maksimo Lolo Herrero — Reynaldo Mark Ullod — Visente Emma Hamilton — Dara Kollins Cosef Maule — Qorman Maykl Budd — Esmael Aleks Amaral — Kesar Cim Piddok — Meskler Paloma Bloid — Kristiana Rosçidi Zem — Zahir Kolm Meaney — Mərkəzi Kəşfiyyat İdarəsinin Agenti «Günün Soyuq İşığı» — Internet Movie Database saytında.
Üçüncü günün adamı (film, 2017)
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.